Azərbaycan domenində saytların sayı 6,7% artıb

Azərbaycan domenində saytların sayı 6,7% artıb
04:41 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Milli domen zonası ".az"da 24 568 internet-resurs qeydə alınıb. Bu barədə WHOIS resursunda yerləşdirilən məlumatda xəbər verilir.

2015-ci ilin nəticələrinə görə ".az" domenində qeydiyyatdan keçmiş internet-resurslarının sayının artması 6,7% təşkil edib.

Qeydiyatdan keçmiş resurların 22 840-ı birinci səviyyəli domendə qeydə alınmış saytlardı, bu da ilin əvvəlinə olan göstəricidən 7,1% çoxdu.

İkinci səviyyəli domenlər arasında ən populyarı ".com.az"dır. Bu domendə 1033 sayt (2,4% artım) qeydə alınıb. Üçüncü yerə ".edu.az" domeni sahib çıxıb, burada 245 sayt qeydiyatdan keçib. 2015-ci ilin nəticələrin görə ".edu.az" domenində qeydiyatdan keçmiş saytların sayı 14,4% artıb.

Milli domen zonası - ".az" rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domenin qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR