Şinzo Abe: “Hakim blokun əsas vəzifəsi parlamentin yuxarı palatasında üstünlüyə nail olmaqdır”

Şinzo Abe: “Hakim blokun əsas vəzifəsi parlamentin yuxarı palatasında üstünlüyə nail olmaqdır”
06:58 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 5 yanvar, AZƏRTAC.
Yanvarın 4-də yeni ildə ilk mətbuat konfransını keçirən Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, onun rəhbərlik etdiyi hakim koalisiya cari ilin yayında parlamentin yuxarı palatasına keçiriləcək seçkilərdə üstünlüyə nail olmağa çalışacaq.
Ş.Abe bəyan edib ki, üçillik hakimiyyəti dövründə seçicilərin daha çox etimadını qazanmağa çalışıb və məqsədi bütün vətəndaşlar arasında dinamik əlaqələrin mövcud olduğu cəmiyyətin yaradılmasıdır.
JİJİ PRESS agentliyinin yaydığı məlumata görə, rəhbərlik etdiyi hökumətin əldə etdiyi nailiyyətlərə toxunan Ş.Abe bəyan edib ki, həyata keçirdiyi “abenomika” adlanan iqtisadi siyasət nəticəsində ölkənin iqtisadiyyatı deflyasiyadan qurtulub.
Baş nazir deyib ki, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində seçki kampaniyası zamanı konstitusiyaya təklif edilən əlavələrlə bağlı yapon xalqı arasında dərin müzakirələrin aparaılacağına ümid edir.
Mətbuat konfransında Yaponiya hökumətinin başçısı parlamentin hər iki palatasına seçkilərin eyni vaxtda keçiriləcəyi barədə şayiələrin düzgün olmadığını da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sinzo_Abe_Hakim_blokun_esas_vezifesi_parlamentin_yuxari_palatasinda_ustunluye_nail_olmaqdir-916075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR