Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dünya birjalarında matəm əhval-ruhiyyəsi var

Dünya birjalarında matəm əhval-ruhiyyəsi var

Date: 5 January 2016 08:05

Çin ötən gün dünya birjalarına və investorlara matəm əhval ruhiyyəsi gətirib, Wal Streetdə yeni ilin ticarət sessiyasının açılışında son 84 ilin ən pis nəticəsi qeydə alınıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Çində qiymətli kağızlar bazarlarında müşahidə edilən 7 faizlik uçurumdan sonra, Nyu York Fond birjasında Dow Jons, Standard and Poor`s və Nasdaq indeksləri 2 faiz ucuzlaşıb. Standard and Poor`sin ən çox ziyan çəkən sahəsi texnologiya sektoru olub ki, səhmlərin 2.4 faiz ucuzlaşdığı bildirilir. 

Nyu York Fond Birjasında Bank sektoruna aid Qoldman Saks indeksi isə 3.2 faiz ucuzlaşıb. Asiya bazarları ilə yanaşı "Çin kabusu" Avropa bazarlarından da yan keçməyib. Britaniyanın aparıcı FTSE100 indeksi 2.6 faiz aşağı düşüb, Almaniyanın DAKS indeksi isə 4.3 faizlik eniş edib. Yeni ilin ilk ticarət günündə dünya birjalarındakı uçuruma Çinin sənaye üzrə ixtisaslaşmış bölgələrində o cümlədən Şanxayda dekabr ayında istehsalatın kəskin şəkildə azalması təkan verib. Şanxay birjası indeksi 5 faiz ardınca isə 7 faiz itirdiyindən, birjanın nizamlayıcısı ticarət sessiyasını müvəqqəti olaraq dayandırmağı qərara alıb.

Daha sonra Şanxay birjasında uçurum effekti digər Asiya bazarlarına sirayət etməyə başlayıb və tezliklə estafeti Avropa ardınca isə ABŞ birjaları qəbul edib. Çində iqtisadi böhran təhlükəsi digər tərəfdən isə İranla Səudiyyə Ərəbstanı arasında yaşanan siyasi gərginlik, qlobal neft bazarlarına da təsirsiz ötüşməyib. Ticarət sessiyasının ilk saatlarında Avropada "Brent" markalı neftin bareli 38 dollara qədər qalxsa da, günün sonuna yenidən ucuzlaşmağa başlayıb. ABŞ bazarında isə xam neftin qiyməti 2 faiz yüksələrək bir bareli 37.8 dollara qədər bahalaşıb.

Milli.Az


Tags:  Dünya birjalarında matəm əhval-ruhiyyəsi var


RƏYLƏR


Top news