Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb

Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb

Date: 5 January 2016 08:05

Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb və artıq heç bir daşınma həyata keçirilmir.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin saytında məlumat yerləşdirilib.
"Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi xəbər verir ki, 4 yanvar 2016-ci il tarixinə olan vəziyyətə görə, Rusiya Federasiyası öz ərazisindən Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Rusiya tərəfi bununla da öz öhdəliklərini, xüsusilə də, Ümumdünya Ticarət Təşkilatı və 18.10.2011-ci il tarixli azad ticarət zonası haqqında müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmuş olub", - deyə məlumatda bildirilir.

Milli.Az


Tags:  Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb


RƏYLƏR


Top news