Moskva Tehrandan üz döndərir?

Moskva Tehrandan üz döndərir?
09:32 5 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

"İranla Səudiyyə Ərəbistanı arasında inkişaf edən böhran ağır fəsadlara yol açacaq".

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert belə bir vəziyyətdə Rusiyanın İranı dəstəkləməyəcəyini bildirib:
 
"İranla Səudiyyə Ərəbistanı arasındakı bu münaqişə çoxsaylı problemlərə gətirib çıxaracaq. Söhbət açıq münaqişədən gedir. Belə bir vəziyyətdə Səudiyyəni bütün ərəb aləmi dəstəkləyə bilər. Burada maraqlı bir məqam ondan ibarətdir ki, Rusiya aşkarcasına İranı dəstəkləməyəcək. Əksinə, bir çox hallarda münaqişənin tənzimlənməsi üçün öz vasitəçiliyini təklif edəcək. Moskvanın belə bir addım atmasında əsas səbəb isə öz siyasi maraqlarını güdməsindən qaynaqlana bilər".
 
Politoloq hesab edir ki, İranla Səudiyyə arasında davam edən böhran Rusiyanın Suriyadakı mövqelərinə ciddi təsir göstərməyəcək:
 
"Əksinə, Moskva münaqişədən maksimum dərəcədə məsafə saxlamağa çalışacaq. Çünki bu münaqişədə Rusiyanın mövqelərinin zəifləməsi Kremlin Suriya siyasətinə mənfi təsir göstərə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR