Şengen zonası çökür

Şengen zonası çökür
10:22 5 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin Danimarkaya qaçqın axınının qarşısını almaq üçün yeni sərhəd qanunları təqdim etməsindən sonra Kopenhagen də Almaniya sərhədində yoxlamalara başlayacağını bəyan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Danimarkanın baş naziri Lars Lokke Rassmussen digər Şimali Avropa ölkələrinin əməllərinin onun ölkəsinə siyasi sığınacaq üçün müraciət edən qaçqınların sayını artırdığını bildirib.
 
Qeyd edək ki, İsveç yanvarın 4-dən etibarən Danimarka ilə sərhəddə yerləşən Eresunn körpüsündə sərhəd nəzarətini bərpa edir.
 
İsveç 2015-ci ildə Suriya, İraq və Əfqanıstandan 160 mindən çox qaçqın qəbul edib.
 
Ekspertlərin hesablamalarına görə, sərhəd nəzarətinin tətbiq olunması İsveçə bir ilə 175 min avroya başa gələcək. Bundan əlavə, sərhəd nəzarətinin tətbiqi iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin kəsilməsinə gətirib çıxaracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR