Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
11:48 5 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının üçüncü ongünlüyü üçün monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kür çayında su sərfi dekabr ayının ikinci ongünlüyünə nisbətən saniyədə 4 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4 dəfə, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 4 dəfə, Birinci Şahsevəndə və Bəhramtəpədə 3 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_ve_Araz_chaylarinda_biogen_maddelerin_miqdari_normadan_defelerle_artiqdir-916114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR