Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bölgələrdə yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı artıb

Bölgələrdə yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı artıb

Date: 5 January 2016 12:23


Bakı, 5 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində bölgələrdə yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı artıb.
AZƏRTAC xəbər verir ki, qeyri-iş günlərində bölgələrdə yerləşən istirahət mərkəzlərində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil edib. Turistlər əsasən Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzi və Qubada yerləşən Qəçrəş istirahət zonasına üz tutublar. “Şahdağ” Turizm Mərkəzindən verilən məlumata görə, ötən ilin son günü və yeni ilin ilk 3 günündə mərkəz ərazisində olan otellərdə 1700 nəfərə yaxın turist yerləşdirilib. Ümumilikdə isə istirahət mərkəzinə bayram günlərində gələn turistlərin sayı 10 mindən artıq olub. Turizm mərkəzində qış mövsümündə qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. “Şahdağ” Turizm Mərkəzinə bu qış mövsümündə təqribən 120 min turistin gələcəyi proqnozlaşdırılır. Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Şimal bölgəsinə yağan güclü qar da turistlərin bu istiqaməti seçməsində həlledici rol oynayıb.
 

Tags:  Bölgələrdə yerləşən istirahət mərkəzlərinə üz tutanların sayı artıb


RƏYLƏR


Top news