Bu ölkələr də İrana qarşı çıxdılar

Bu ölkələr də İrana qarşı çıxdılar
15:01 5 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran arasında baş verən qalmaqala dövlətlərdən reaksiyalar gəlməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, Küveyt də İrandakı səfirini geri çağırıb.

Malayziya isə Yaxın Şərqdə baş verənlərdən narahat olduğunu bildirib və İrandan öz diplomatlarının təhlükəsizliyini təmin etməyi tələb edir.

Rəsmi Kuala-Lumpur Tehranı Səudiyyə Ərəbistanının səfirliyinə və Məşhəddə yerləşən konsulluğuna hücumlara görə ittiham edir.

"Biz İrandan 1961-ci ildə qəbul edilən Vyana konvensiyasına uyğun olaraq xarici missiyaların müdafiəsi ilə bağlı bütün lazımlı tədbirlərin görülməsini tələb edirik. Bundan başqa, İran hökümətindən vandalizm aktlarını törədən günahkarların cəzalandırılması üçün addımlar gözləyirik”,-deyə Malayziyanın xarici işlər naziri Anif Aman bildirilib.


Anif Aman - Malayziyanın xarici işlər naziri


Türkiyə isə Səudiyyə Ərəbistanını və İranı "diplomatik dildə" danışıqlar aparmağa çağırıb. Bu barədə “Reuters” agentliyi Türiyənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər yayıb. Yaponiya isə İran və Səudiyyə Ərəbistanı əlaqələrinin bərpa olunacağına ümid etdiyini açıqlayıb.

İran prezidenti Həsən Ruhani baş verənlərə yenidən münasibət bildirib. Ruhani qeyd edib ki, Səudiyyə Ərəbistanını diplomatik əlaqələri kəsməklə " törətdiyi cinayəti" gizlədə bilməyəcək.


İran prezidenti Həsən Ruhani müsahibə verərkən


İki ölkə arasında münasibətlər gərginləşdikdən sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə Tehrandakı səfirini geri çağırıb.

Səfirliyi hücum baş verdiyi gün isə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Federika Moqerini və ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi bəyan ediblər ki, ən-Nimrənin edamı Yaxın Şərqdə süni və şiələr arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi isə İran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR