Azərbaycanda yanacaqdoldurma məntəqəsini partlatmaq istədilər

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partlatmaq istədilər
15:05 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib. 

Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə "VAZ-2107" markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib. 

Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR