Daşkənddə Məhəmməd Füzulinin “Qəlb gövhəri” kitabı özbək dilində çap edilib

Daşkənddə Məhəmməd Füzulinin “Qəlb gövhəri” kitabı özbək dilində çap edilib
15:48 5 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 5 yanvar, AZƏRTAC
Daşkənddəki “Hilol-naşr” nəşriyyatı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Qəlb gövhəri” adlı kitabını özbək dilində nəşr edib.
Kitabda verilən əsərləri Azərbaycan və fars dillərindən özbək dilinə filologiya elmləri namizədi Erqaş Oçilov tərcümə edib. E. Oçilov kitaba “Türk xalqlarının müştərək şairi” adlı “Ön söz” yazıb. Bu yazıda böyük şairin həyatı, yaradıcılığı, dövrü haqqında ətraflı məlumat verilir, əsərləri təhlil edilir.
Nəfis tərtibatlı 431 səhifəlik nəşrdə şairin qəzəlləri, tərkibəndləri, müxəmməsləri, məsnəviləri, rübailəri, həmçinin “Fars divanı” yer alıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskendde_Mehemmed_Fuzulinin_Qelb_govheri_kitabi_ozbek_dilinde_chap_edilib-916185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR