Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Real” Zinəddin Zidanla 2018-ci ilədək müqavilə bağlayıb

“Real” Zinəddin Zidanla 2018-ci ilədək müqavilə bağlayıb

"Real" "Barselona"nın 73 illik rekordunu qırdı (02 Mart 2017 22:18)
"Real" "Barselona"nı qabaqladı (02 Mart 2017 16:17)
"Real"la bağlı ilginc iddia: baş məşqi kim olacaq? (01 Mart 2017 13:37)

Tarix: 5 Yanvar 2016 15:58


Bakı, 5 yanvar, AZƏRTAC
Madridin “Real” futbol klubunun fransız Zinəddin Zidanla müqaviləsi 2,5 il müddətinə nəzərdə tutulub. Xatırladaq ki, Zidan “Kral klubunun” məşqçilik postunda 2015-ci ilin iyun ayında fəaliyyətə başlayan ispan Rafael Benitesi əvəz edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Benitesin başçılıq etdiyi “Real” İspaniya çempionatında yüksək nəticə əldə edə bilməyib və 18 oyundan sonra yalnız 3-cü yeri tutub. Bir qədər əvvəl isə klub diskvalifikasiya olunaraq ölkə kuboku yarışlarından çıxarılıb.
Fransa milli komandasının heyətində dünya və Avropa çempionluğunu qazanan Zidanın məşqçilik karyerası 2013-cü ildə məhz “Real” klubunda başlayıb. O, komandanın məşqçilər qərargahına daxil olub və gənc futbolçularla işləyib. Lakin müstəqil olaraq indiyə qədər belə məsuliyyətli post tutmayıb. Bu səbəbdən “Kral klubunun” Əlcəzair əsilli fransızla 2018-ci ilədək müqavilə bağlaması təəccüb doğurur.

Teqlər:  Real Zinəddin Zidanla 2018-ci ilədək müqavilə bağlayıb



RƏYLƏR


Top xəbərlər