Nişanlılar əl-ələ tuta bilməzlər - YENİ QƏRAR

Nişanlılar əl-ələ tuta bilməzlər - YENİ QƏRAR
16:27 5 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər. Bu barədə "Doğan" xəbər agentliyinə istinadla "Hurriyet" qəzeti yazır. 

Diyanət Vəqfi bildirir ki, "cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə - eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir".

Qurum cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir.

Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR