Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Facebook”un rəhbəri Mark Zukerberq bu il robot yaradacaq

“Facebook”un rəhbəri Mark Zukerberq bu il robot yaradacaq

Date: 5 January 2016 18:13


Bakı, 5 yanvar, AZƏRTAC
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bu il robot yaradacağını bildirib: “2016-cı ildə evimi idarə edən və işimdə mənə kömək edəcək sadə bir robot yaradacam”.
AZƏRTAC xəbər verir ki, bu barədə M. Zukerberq özünün “Facebook” səhifəsində məlumat verib.
M. Zukerberq qeyd edib ki, hazırda mövcud olan texnologiyaları öyrənir. Sonra yaradacağı robota süni intellekt sistemlərini tətbiq edəcək. Nəticədə robot M.Zukerberqin və onun evinə zəng vuran dostlarının səsini tanıyacaq, evi idarə edə biləcək və s. işləri yerinə yetirəcək.
 

Tags:  Facebookun rəhbəri Mark Zukerberq bu il robot yaradacaq



RƏYLƏR


Top news