Məşhur meyxanaçını öldürmək istədilər

Məşhur meyxanaçını öldürmək istədilər
18:17 5 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı meyxanaçı Namiq Mənanı öldürmək istəyiblər.

Lent.az-ın məlumatına görə, "Ondan sonra" verilişinə qonaq olan söz ustası deyib ki, naməlum şəxslər onun yeməyinə mismar atıb:

"Həyatda heç kim heç nədən sığortalanmayıb. Yeməyimə kiçik mismar atmışdılar. Mən də bilmədən həmin yeməyi yemişəm. Birdə gördüm ki, elə bil məni boğurlar, nəfəsim gəlmir. Həmin hadisədən sonra getmədiyim həkim, müraciət etmədiyim yer qalmadı. Hətta Azərbaycandan kənarda da həkimə müraciət etmişdim.

Çox çətin anlar yaşadım, axırda məcbur olub, çöpçüyə müraciət etdim. O, əlini boğazıma toxundurdu, mismarı boğazımdan çıxartdı. Yeməyimə mismar qoyan adamları müəyyən etmişəm. Şübhələndiyim şəxslər var. İstəmirəm onlar barəsində açıqlama verəm. Onu deyə bilərəm ki, onlar məni güdüb, hara gedib, haradan gəldiyimi də biliblər. Mismar boğazımdan çıxanda fikirləşdim ki, bu zəhərli də ola bilər. Allahın möcüzəsidi ki sağam". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR