Bakı, 5 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiya ötən il 2014-cü illə müqayisədə 1,4 faiz çox neft hasil edib.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya keçən il 534 milyon 81 min ton neft hasil etməklə öz rekordunu yeniləyib.
Qeyd edək ki, Rusiya bundan əvvəl neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyaraq lider olmuşdu. Neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar təkcə Rusiya yox, bir çox neft hasilatçısı olan ölkələr də istehsalı artırıb.