2015-ci il humanitar elmlər sahəsində uğurlu hadisələrlə yadda qalıb

2015-ci il humanitar elmlər sahəsində uğurlu hadisələrlə yadda qalıb
20:28 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
2015-ci il humanitar elmlər sahəsində uğurlu hadisələrlə yadda qalıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, bu sahədə ötən il beynəlxalq nüfuzlu elmi jurnallarda alimlərimizin 19 məqaləsi dərc edilib. Bu isə keçən illə müqayisədə üç dəfə çoxdur.
Ümumilikdə, 2015-ci ildə AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) elmi-tədqiqat müəssisələri tərəfindən 107 kitab (beşi xaricdə), 114 monoqrafiya, 2.284 məqalə və 206 tezis nəşr edilib. Bölmə üzrə bir beynəlxalq, səkkiz respublika konfransı keçirilib. Qrant layihələri üzrə beş iş yerinə yetirilib.
Eyni zamanda, 2015-ci ildə HEB-nin elmi-tədqiqat müəssisələri tərəfindən 31 problem, 70 mövzu, 353 iş, 186 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_il_humanitar_elmler_sahesinde_ugurlu_hadiselerle_yadda_qalib-916291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR