Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədən iki ölkəyə çağırış

Türkiyədən iki ölkəyə çağırış

Date: 5 January 2016 22:36

Türkiyə Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginliyi aradan qaldırmaq üçün çağırış edib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının şiə din alimi Əl-Nimrini edam etməsi ilə yaranan, Tehrandakı Səudiyyə Ərəbistanınının səfirliyinə edilən hücumla davam edən gərginlik hədələrlə daha da artıb.

Səudiyyə Ərəbistanı İran ilə əlaqələri pozulduğunu açıqlayarkən, İranın dini lideri Ayətullah Xameneyi qeyd edib ki, Şeyxi edam edənləri böyük bəla gözləyir.

Birləmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Sudan İran ilə diplomatik əlaqələrinin kəsildiyini və diplomatlara ölkədən çıxmaq üçün 48 saat vaxt verdiyini açıqladı.

İki ölkənin döyüşə çıxması, sünni-şiə qarşıdurmasının nəzarətdən çıxması, məzhəblərarası savaşın yaranmasına səbəb ola bilər. Onsuz da Səudiyyə və İran arasındakı rəqabət, bu iki ölkənin regionda söz sahibi olması və güc qarşıdurmasını çoxdan aşıb.

Türkiyədə İranın şiə təxribatından narahatdır. Suriya və İraqda birbaşa bir-birlərinə qarşı tərəfləri dəstəkləyir. İranın regional ambisiyaları Türkiyə ilə Səudiyyə Ərəbistanını bir-birinə yaxınlaşdırır. Ancaq yenə də Türkiyə, İran - Səudiyyə mübarizəsinin sünni-şiə məzhəb döyüşünə çevrilməməsi üçün əlindən gələni edir.

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş bildirib ki, Səudiyyə Ərəbistanı və İran İslam dünyasının iki əhəmiyyətli ölkəsidir: "Bu iki ölkə arasındakı siyasi gərginlik onsuz da barıt çəlləyinə dönüb. Hər iki ölkənin hikmətlə hərəkət etmələrini və problemin müzakirə yolu ilə həll edilməsini xahiş edirik".


Numan Kurtulmuş - Türkiyə baş nazirinin löməkçisi

Tags:  Türkiyədən iki ölkəyə çağırış


RƏYLƏR


Top news