İstanbulda H1N1 təşvişi: hamıya maska paylandı

İstanbulda H1N1 təşvişi: hamıya maska paylandı
02:36 6 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə növbəti "donuz qripi" hadisəsi qeydə alınıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, İstanbul şəhərindəki xəstəxanalardan birinin təcili yardım şöbəsinə aparılan xəstədəki “H1N1” (donuz qripi) virusu şübhəsi təşvişə səbəb olub.

Bu gecə İstanbul şəhəri Fatih rayonundakı “Bezmialem” vəqfi universitetinin tibb fakultəsi xəstəxanasının təcili yardım şöbəsinə gətirilən xəstədə “H1N1” virusu şübhəsi yaranıb. Bundan sonra təcili yardım şöbəsində olan insanlar dərhal təxliyyə edilib.

Xəstəxanada olan xəstələrə və xəstə qohumlarına maska paylanılıb. Həmçinin təcili yardım şöbəsinə olunan müraciətlər qəbul edilməyib.

Bir neçə gün əvvəl Türkiyənin Adana vilayətində 3 nəfərin donuz qripi şübhəsi ilə dünyasını dəyişməsi ölkədə təşvişə səbəb olmuşdu.

Bundan sonra Azərbaycan respublikası Dövlət Gömrük Komitəsi açıqlama yayaraq Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq edərək sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirildiyini bəyan etmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR