Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dollar günə belə başladı

Dollar günə belə başladı

Date: 6 January 2016 09:46

Dollar bahalaşmağa davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dollar qarşısında ucuzlaşmasına səbəb olub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, ötən gün dolların rəsmi məzənnəsi 1.5610 manat olub. ABŞ valyutası bu günə 1.5626 manatla başlayıb.

Avronun məzənnəsində cüzi ucuzlaşma olub. Avro 1.6895 manatdan 1.6796-ya enib.

Rusiya rublu da ucuzlaşıb - 0.0213 manat


Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Mərkəzi Bank bayram günlərindən öncə - ötən ilin son iş günü olan 30 dekabrda dolların məzənnəsi ilə bağlı xəbərdarlıq edib. Bank bildirib ki, bayram günlərində (31 dekabr-4 yanvar) milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar.
Mərkəzi Bankın (AMB) İdarə Heyəti dekabrın 21-də Yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsini 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirmişdi.


Bakıda valyutadəyişmə məntəqəsi

Həmçinin oxuyun:

2016-cı ildə manatın taleyi

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Tags:  Dollar günə belə başladı


RƏYLƏR


Top news