733 milyon dollarlıq kokain tutuldu - FOTO

733 milyon dollarlıq kokain tutuldu - FOTO
10:52 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyada ölkə tarixində ən böyük narkotik maddələr partiyası tutulub. Ölkənin cənub-qərbindəki Pontevedra vilayətində İspaniya polisi və Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin birgə keçirdikləri əməliyyat nəticəsində 3 ton kokain ələ keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu kokainin "qara bazar"da qiyməti 733 milyon dollardır.

Polisdən verilən məlumatlara görə, 7 britaniyalı həbs olunub. Onlar kokaini hollandlardan almışdılar. Kokain İspaniyaya qaçaqmal yolu ilə Cənubi Amerikadan gətirilmişdi.

Britaniyalılar Malaqa vilayətində tutulublar. 31-59 yaşlı 5 britaniyalı Liverpul şəhərinin sakinləridir. Bandanın lideri olan 59 yaşlı şəxs Kosta del Soldakı ispan mafiyası ilə əlaqə qurubmuş.

2 holland narkotacir isə Santyaqo de Kompostela şəhərindəki 5 ulduzlu lüks "Hostal Dos Reis Catolicos" otelində yaxalanıb.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR