Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2015-ci ildə gömrük orqanları 1,6 milyard manata yaxın gömrük vergi və rüsumları toplayıb

2015-ci ildə gömrük orqanları 1,6 milyard manata yaxın gömrük vergi və rüsumları toplayıb

Date: 6 January 2016 11:03


Bakı, 6 yanvar, AZƏRTAC
2015-ci il üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. İlkin məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulan 1 milyard 590 milyon manat proqnoza qarşı, 1 milyard 591,14 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,07 faiz yerinə yetirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu rəqəm 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,4 milyon manat və ya 5,3 faiz çoxdur.
 

Tags:  2015-ci ildə gömrük orqanları milyard manata yaxın gömrük vergi rüsumları toplayıb


RƏYLƏR


Top news