Şamaxı rayon sakini gecə şaxtalı havada donaraq ölüb. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az