Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Muxtar respublikada ötən dövr ərzində mindən çox POS-terminal quraşdırılıb

Muxtar respublikada ötən dövr ərzində mindən çox POS-terminal quraşdırılıb

Date: 6 January 2016 11:33


Naxçıvan, 6 yanvar, AZƏRTAC
Muxtar respublikada nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri davam etdirilir. İndiyədək ticarət və iaşə obyektlərində elektron qaydada qeydiyyatdan keçirilən 1014 ədəd POS-terminal quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, POS-terminalların 147 ədədi 2015-ci ildə tətbiq edilib. POS-terminallar vasitəsilə aparılan alğı-satqı əməliyyatları isə 16 milyon 639 min 561 manata çatdırılıb.
Muxtar respublikada iqtisadi inkişafın nəticəsi olaraq 2015-ci il ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş proqnoz 105,3 faiz icra olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin azalmasına şərait yaradan “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində 20 hüquqi və 2580 fiziki şəxs qeydiyyata alınıb.

Tags:  Muxtar respublikada ötən dövr ərzində mindən çox POS-terminal quraşdırılıb



RƏYLƏR


Top news