Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq

Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq
12:43 6 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Planetlərin düzülüşü ən ecazkar astronomik hadisələrdən hesab olunur. Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq. Yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, bu barədə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. Alim qeyd edib ki, planetlərin düzülüşü yanvarın 29-da görünsə də, bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 7.00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək. Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcək. Günəş çıxdıqdan sonra isə onun işıltısı planetlərin görüntüsünü itirəcək”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvarin_25_den_planetlerin_duzulusu_baslayacaq-916366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR