Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindəndir

Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindəndir
14:08 6 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 6 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 
Azərbaycan ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına parkda rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin şəxsi heyətinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1990-cı illərin əvvəllərində yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı qəsbkarlıq müharibəsindən, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin, o cümlədən Füzuli rayonunun işğal edilməsindən danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yaranıb. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan ordusu əks-hücuma keçərək qısa müddətdə 21 min hektar ərazini - Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
“Azərbaycan Bayrağı” ordenli Sevindik İsmayılov, Horadizə yenidən dövlət bayrağımızı sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərib.
Mərasimdə qeyd edilib ki, 1996-cı ildən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Bu dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.
Diqqətə çatdırılıb ki, təkcə son 12 ildə Prezident İlham Əliyev Füzuli rayonuna 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 6 sərəncam imzalayıb. Dövlətimizin başçısı 2014-cü il avqustun 28-də Füzuliyə sonuncu səfəri zamanı Horadiz şəhərində Bayraq meydanının, Boulinq zalının, tikiş fabrikinin, rayon icra hakimiyyətinin inzibati binasının, uşaq bağçasının, tarix-diyarşünaslıq muzeyinin, işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal yaşayış binasının, Qəhrəmanlar parkının, Əhmədalılar–Mollaməhərrəmli–Arayatlı–Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib. Dövlətin yüksək qayğısı ilə əhatə olunan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib. Bu gün cəbhə bölgəsində yerləşən Füzulinin işğaldan azad olunmuş ərazilərində müharibənin dağıntılarından əsər-əlamət qalmayıb. Hər tərəfdə gözəlliyin, səliqə-sahmanın, inkişafın, insanların xoş günlərinin şahidi olmaq mümkündür.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gürcüstan parlamentinin deputatına BƏƏ-də 15 illik həbs verildi

23 May 2017 20:43

9 minə yaxın “Jeep” geri çağırılıb - SƏBƏB?

23 May 2017 20:43

Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək

23 May 2017 20:42

“Toyota Corolla” dünyada ən populyar avtomobildir

23 May 2017 20:37

Qriqorçuk braziliyalıdan da imtina etdi - SON ANDA

23 May 2017 20:37

"Ərim evdə yoxdur, gəl" - Ölümə aparan mesaj - FOTO

23 May 2017 20:37

Tanınmış aktyor nəvəsini evləndirdi - FOTO

23 May 2017 20:32

Almaniyada Biznesin İnam İndeksi 28 illik maksimuma çatıb

23 May 2017 20:32

Qvardiolanın yaxınları partlayış vaxtı stadionda olublar

23 May 2017 20:29

İlanların qovaladığı iquananın videosu mükafata layiq görüldü - VİDEO

23 May 2017 20:27

Daha bir ölkədə İŞİD bayrağı qaldırıldı - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - FOTOLAR

23 May 2017 20:23

Rusiyada bank əmanətçilərinin vahid reyestri yaradıla bilər

23 May 2017 20:22

Uşaq musiqi məktəbinin konserti olub (FOTO)

23 May 2017 20:22

Xalq artisti 36 kilo arıqladı - İndi belə görünür - VİDEO

23 May 2017 20:22

Mançester terrorunu törədən şəxsin adı məlum oldu

23 May 2017 20:20

İranın balıqçı gəmisi Somali piratlarının əlinə keçib

23 May 2017 20:15

Bu iki aktyordan biri Sinemlə baş rola çəkiləcək

23 May 2017 20:12

ABŞ prezidenti: “İran nüvə silahına malik olmayacaq”

23 May 2017 20:12

Sumqayıtda sərxoş şəxs evi yandırdı - "Həmişə içkili oluram" - VİDEO - FOTO

23 May 2017 20:12

“Ədalətli” TERROR, dünyanı gözləyən QANLI GÜNLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 May 2017 20:03

Dövlət qulluğuna qəbul imtahanlarının qiymətləri açıqlandı -

23 May 2017 19:54

İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllünün xidmətindən istifadə olunub

23 May 2017 19:52

Aİ-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

23 May 2017 19:52

Kəşfiyyat şefi: “Rusiyadan 2017-ci ildə ən böyük...”

23 May 2017 19:48

Kriminal avtoritet "Yaşka Bakinski"ni kim öldürdü? - TƏFƏRRÜAT

23 May 2017 19:47

Prezident və ailəsinin idmançılarla maraqlı FOTOLARI

23 May 2017 19:47

ABŞ-ın strateji neft ehtiyatlarını satması planı OPEC-in işini çətinləşdirəcək

23 May 2017 19:42

Müdafiə Nazirliyində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

23 May 2017 19:42

"Barcelona" yetirməsini geri qaytaracaq

23 May 2017 19:42

TRACECA-nın Buxarestdə keçirilən iclası başa çatıb

23 May 2017 19:37

"Ailə TV"-nin mobil əlavəsi istifadəyə verilib

23 May 2017 19:36

“Allo, Allah” - Zimbabvedən ŞOK ZƏNG - VİDEO

23 May 2017 19:33

Məşhur aktyor dünyasını dəyişdi

23 May 2017 19:30

Nadir: "Pak qız istəyirəm, başqasının artığını yox!"

23 May 2017 19:27

Milyarder xanımına 9 milyonluq üzük aldı - VİDEO - FOTO

23 May 2017 19:22

Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlər müəyyən edildi

23 May 2017 19:19

Tarif Şurası Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ödənişli xidmətlərin tariflərini müəyyən edib

23 May 2017 19:17

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

23 May 2017 19:15

Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

23 May 2017 19:15

200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

23 May 2017 19:14

Tarif Şurası 200-ə yaxın dərmanın qiyməti təsdiqlədi

23 May 2017 19:14

Avropanın gələcək ulduzları - UEFA açıqladı

23 May 2017 19:12

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıb

23 May 2017 19:07

Hindistan ordusu Pakistana HÜCUM ETDİ

23 May 2017 19:05

Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

23 May 2017 19:02

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTOLAR

23 May 2017 18:58

Azərbaycan Beynəlxalq Bankı kreditorlarla Londonda keçirilmiş görüşə dair məlumat yayıb

23 May 2017 18:57

"Beşiktaş" qərarını verdi

23 May 2017 18:57

ABB-nin xarici borclarının restrukturizasiya planı açıqlanıb

23 May 2017 18:55

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

23 May 2017 18:53