Bakı, 6 yanvar, AZƏRTAC
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə “Gəncə” Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan enerji obyektlərində yenidənqurma və təmir işləri yerinə yetirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, son üç ayda müəssisənin 330 kilovoltluq (kV) “Ağstafa”, 500 kV-lik “Samux” yarımstansiyaları, eyni zamanda “Şəmkir”, “Mingəçevir”, “Samux” hava xətləri təmir olunub. Analoji işlər 330 kV-lik “Gəncə”, “GAZ”, 110 kV-lik “Gəncə-1” və “Zəyəm” yarımstansiyalarında və digər elektrik avadanlığında da həyata keçirilib.