Ötən il Yevlaxda 570 nəfər işlə təmin edilib

Ötən il Yevlaxda 570 nəfər işlə təmin edilib
15:08 6 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 6 yanvar, AZƏRTAC
Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə mərkəzə müraciət edən 738 nəfər iş axtarandan 570-i, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 11 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən tikinti, iaşə, emal sənayesi, nəqliyyat, su təchizatı, səhiyyə və kommunal xidmət sahələrində işlə təmin olunublar.
Bu dövrdə 12 nəfər peşə hazırlığı kurslarına göndərilib, 10 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 19 nəfərə işsiz statusu verilərək müavinət ödənilib.
Ötən il oktyabrın 9-da əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 81 nəfər işaxtaran vətəndaşa göndəriş verilib. Hazırda rayonun idarə və müəssisələrində 76 vakant iş yeri var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Yevlaxda_570_nefer_isle_temin_edilib-916414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR