Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vanqadan 2016-cı il proqnozu (FOTO)

Vanqadan 2016-cı il proqnozu (FOTO)

Date: 6 January 2016 15:11

Böhran, çətinliklərlə yadda qalan 2015-ci ilin bitməsi, yeni - 2016-cı ilin gəlişi insanlara yeni ümid bəxş edib.
Dünyada son zamanlar hökm sürən gərginliklər, böhranlar diqqətləri illər öncə yaşamış məşhur ekstrasens, öncəgörənlərin - Vanqa, Nastradamus kimi şəxslərin proqnozlarına yönəldib.

Bəs əfsanəvi öncəgörən Vanqa 2016-cı il barədə nə deyib? ANS PRESS bolqar falçının proqnozunu təqdim edir.

O proqnozlarında 2016-cı ildə ekstrimistlərin kimyəvi silahlardan istifadə edərək, Avropaya böyük miqyaslı hücumlarından xəbər verir.

Bolqar qadın bu il terorçuların və terror qruplaşmalarının sayının artmaqda davam edəcəyini, ABŞ, Fransa və Böyük Britaniyanın apardığı mübarizəyə baxmayaraq, terrorçuların gücünün daha da artacağını xəbər verib.

1911-ci ildə anadan olan bolqar Vanqeliya Pandeva-Quşerovanın gələcəkdə baş verəcək hadisələr haqqında dəqiq məlumat verməsi onu bütün dünyada məşhur edib. Onun verdiyi xəbərlərin dəqiqliyini ekspertlər 85% doğru qiymətləndirirlər.


Ekstrasens Vanqa.

O, 2001-ci il 11 sentyabrda ABŞ da baş verən qanlı terror aktı, iqlim dəyişikliyi, 2004-cü ildə İndoneziyada baş verən dəhşətli sunami, ABŞ prezidentini qaradərili seçiləcəyini öncədən görüb. Sonuncu fakt haqqında o, 1989-cu ildə xəbər verərək, əlavə edib ki, qaradərili namizəd ABŞ-ın son prezidenti olacaq.

Hələ 1950-ci ildə məşhur öncəgörən Vanqa qlobal istiləşmə haqqında məlumat vermişdi. Yalnız 50 il sonra alimlər Yer kürəsinin iqlim sistemində temperaturun artması ilə bağlı dünyanı təhlükə gözlədiyini qeyd ediblər.

Onun verdiyi proqnozlardan biri isə, “Böyük Müsəlman Müharibə”sinin başlayacağı haqqındadır. Belə ki, o bu müharibənin Suriyada başlayacağı və paytaxtı Roma olan Xilafətin qurulması ilə 2043-cü ildə sona çatacağını xəbər verib.

2018-ci il - Çin yeni dünya gücünə çevriləcək.
2023-cü il - Dünya oxu yüngülcə yerindəın oynayacaq.
2025- ci il - Avropa hələ də boşalır.
2028-ci il - Yeni enerji mənbəyi tapılacaq. Aclıq problem olmaqdan çıxacaq. Veneraya pilotlu kosmik gəmi göndəriləcək.
2033-cü il - Qütb buzları əriyəcək. Okeanın səviyyəsi artacaq.
2043 - cü il - Müsəlman bir dövlət yenidən Avropanın tək hakimi olacaq.
2046 - cı il - Süni orqanlar hazırlanacaq. Orqan dəyişdirilməsi əsas müalicə üsulu olacaq.
2066 - cı il - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə yol açan silahdan (ani donma-red.) istifadə edəcək.
2088 - ci il - Yeni xəstəlik: İnsanlar saniyələr ərzində yaşlanacaq.
2091 - ci il - Xəstəliyin müalicəsi tapılacaq.
2100 - cü il - İnsan tərəfindən hazırlanan günəş dünyanın qaranlıq tərəfini də işıqlandıracaq.

Əfsanəvi öngörücü 1996-cı ilin avqustunda dünyasını dəyişib.


Tags:  Vanqadan 2016-cı il proqnozu FOTO


RƏYLƏR


Top news