Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğanın dostu "gecəqondu"da ölüm təhlükəsi yaşadı

Ərdoğanın dostu "gecəqondu"da ölüm təhlükəsi yaşadı

Date: 6 January 2016 16:52

Bir vaxtlar prezident Rəcəb Tayyib Ərdoğanla futbol oynayan Ramazan Nazlıbaş donmaq üzrə ikən tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 65 yaşındakı eskişehirli donmaqdan son anda xilas edilib.
 
Məlumata görə, Paşa məhəlləsində köhnə tikilidə qalan Ramazan Nazlıbaş iş adamlarının köməyi ilə yaşayırmış. Donmaqdan xilas edilən Nazlıbaş qocalar evinə yerləşdirilib. İki dəfə evləndiyini və 9 qızının olduğunu deyən Nazlıbaş qızlarının ona sahib çıxmadığını bildirib.
 
O, gənclik illərindən fanatı olduğu Rəcəb Tayyip Ərdoğanla Ankarada futbol oynadığını söyləyib.

Milli.Az


Tags:  Ərdoğanın dostu gecəqonduda ölüm təhlükəsi yaşadı


RƏYLƏR


Top news