Tallinn-Helsinki tuneli 13 milyard avroya başa gələcək

Tallinn-Helsinki tuneli 13 milyard avroya başa gələcək
18:03 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Helsinki, 6 yanvar, AZƏRTAC
BNS/LETA “Yle” yayım korporasiyasına istinadla xəbər verir ki, Helsinki şəhəri təqribən 13 milyard avroya başa gələcək Tallinn-Helsinki tunelini dəyərli layihə adlandırıb. Tallinn-Helsinki tuneli gün ərzində 25 min sərnişini mənzil başına çatdıracaq.
Helsinki meriyası hesab edir ki, tuneldə yükdaşıma ilə yanaşı, hər il təqribən 11 milyon sərnişin daşımaq mümkün olacaq.
Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Kristen Mixal, Finlandiyanın nəqliyyat və kommunikasiyalar naziri Anne Berner və Helsinkinin vitse-meri Pekka Sauri yanvarın 5-də nəqliyyat sahəsində Estoniya-Finlandiya əməkdaşlığına dair memorandum imzalayıblar.
İlkin hesablamalara görə, bu layihə yalnız o halda həyata keçə bilər ki, maliyyələşmənin azı 40 faizi Avropa İttifaqının vəsaiti hesabına ödənilsin.
“Rail Baltica” ilə birləşmə zərurəti üzündən tuneldə dəmir yolunun eni Finlandiyada qəbul edildiyi kimi 1524 millimetr deyil, 1435 millimetr olacaq.
Ekspertlərin hesablamalarına görə, gün ərzində tuneldən təqribən 25 min nəfər istifadə edəcək, Tallindən Helsinkiyə yol yarım saat çəkəcək, biletin qiyməti isə 36 avro təşkil edəcək.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tallinn_Helsinki_tuneli_13_milyard_avroya_basa_gelecek-916480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR