Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yanvarın 6-da “Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayrılıb.