Lənkəranda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan iki nəfər saxlanılıb

Lənkəranda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan iki nəfər saxlanılıb
19:08 6 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 6 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı rayon ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan iki nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, reyd zamanı Lənkəran rayon sakinləri Vüqar Rzayev və Hadı İbrahimovun üzərində xeyli miqdarda ABŞ dolları və Rusiya rublu aşkarlanıb.
Hər iki şəxs Lənkəran Rayon Polis Şöbəsinə gətirilib və onların barəsində protokol tərtib olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_qanunsuz_valyuta_mubadilesi_ile_mesgul_olan_iki_nefer_saxlanilib-916508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR