Şimali Koreya doğrudanmı hidrogen bombasını sınaqdan keçirib?

Şimali Koreya doğrudanmı hidrogen bombasını sınaqdan keçirib?
19:08 6 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Şimali Koreyada qeydə alınan güclü partlayış hidrogen bombasının partlayışına bənzəmir. Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəsi Seulda çıxış edərkən belə bir fikir səsləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hərbçinin sözlərinə görə, xarici müşahidəçilər tərəfindən qeydə alınan yeraltı titrəmələr 6 kiloton gücündə partlayışa uyğun gəlir. “Dünya üzrə cəmi bir neçə dövlət hidrogen silahının sınağını keçirib və bu hallarda partlayışların gücü 20-50 meqaton təşkil edib, - deyə o bildirib. – Buna görə də, Pxenyanın hidrogen bombasının uğurlu sınağı barədə bəyanatlarına ciddi yanaşmaq çətindir”.
Ağ ev administrasiyası da öz növbəsində Pxenyanın hidrogen bombasını sınaqdan keçirdiyinə dair məlumatın həqiqiliyini təsdiq edə bilmir. Bununla belə, bir çox dövlətlər, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya, Cənubi Koreya, Rusiya və Avstraliya liderləri, eləcə də BMT, NATO və MAQATE nüvə sınağına kəskin reaksiya veriblər.
Xatırladaq ki, Şimali Koreya yanvarın 6-da hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bildirib. Son illər, daha dəqiq desək 2006, 2009 və 2013-cü illərdə KXDR üç nüvə sınağı keçirib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simali_Koreya_dogrudanmi_hidrogen_bombasini_sinaqdan_kechirib-916507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR