Masallının istixana təsərrüfatlarında əsasən xiyar və pomidor əkininə üstünlük verilib

Masallının istixana təsərrüfatlarında əsasən xiyar və pomidor əkininə üstünlük verilib
19:13 6 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 6 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonundakı istixana təsərrüfatlarında tərəvəz məhsullarının yığımı davam edir.
AZƏRTAC xəbər verir ki, əsasən xiyar və pomidor əkininə üstünlük verən fermerlər və məhsul istehsalçıları bazarda tələbatın və qiymətlərin qaneedici olduğunu bildirirlər.
Masallı sakini Tərlan Hüseynov ikinci ildir ki, istixana şəraitində xiyar yetişdirir. O deyir ki, ötən il Bakı və Rusiya bazarları üçün nəzərdə tutulmuş müxtəlif tərəvəzlər əkib. Bu il isə yerli bazarlara çıxarmaq üçün xiyar əkininə üstünlük verib. Tələbat və qiymələr isə onu qane edir.
Cənub bölgəsi üçün qeyri-ənənəvi sayılan istixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin və daha çox vəsait tələb etdiyi üçün geniş yayılmayıb. Lakin, məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər.
Qeyd edək ki, istixana şəraitində məhsul yığımı fasilələrlə may-iyun aylarına qədər davam edir. Yerli bazarlarda isə xiyar və pomidorun qiyməti 1,5-2 manatdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallinin_istixana_teserrufatlarinda_esasen_xiyar_ve_pomidor_ekinine_ustunluk_verilib-916516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR