Almaniyada günəş batareyalarının populyarlığı artır

Almaniyada günəş batareyalarının populyarlığı artır
20:33 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 6 yanvar, AZƏRTAC
Hazırda dünyada heç bir digər energetika texnikası günəş fotovolt panelləri və dəyişdiriciləri kimi sürətlə istehsal olunmur. Bu bazarda sərt rəqabət mövcuddur. Günəş batareyaları istehsalçılarının çoxu PERC texnologiyasını (Passivated Emitter Rear Cell – arxa səthdə passivasiya) tətbiq etməklə, alimlərin son 20 ildə işləyib hazırladıqları monokristal silisiumdan ifrat nazik modulların istehsalına keçirlər. Yüksək səmərəlilik və az miqdarda silisium sərfi onları daha dəyərli edir.
Almaniyada günəş batareyalarının ən iri istehsalçılarından biri olan “SolarWord” konserni (Bonn) də belə təbəqələr istehsal edən şirkətlər sırasındadır.
Ötən payız Almaniyada daha bir yenilik–günəş batareyası üçün silisiumdan düzəldilmiş özək təqdim olunub. Texnologiyanı Almaniya alimi Martin Hermle işləyib. Burada passivasiya edən qatın qalınlığı bir millimetrin iki milyonda bir hissəsini təşkil edir. Faydalı iş əmsalı isə 25 faizdən çoxdur. Almaniyalı alimlər hesab edirlər ki, bu son hədd deyil. Onların hesablamalarına görə, günəş modullarının səmərəliliyini nəzəri baxımdan hətta 29 faizə çatdırmaq olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyada_gunes_batareyalarinin_populyarligi_artir-916545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR