Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da pasiyentə 3D burun köçürülüb

ABŞ-da pasiyentə 3D burun köçürülüb

Date: 6 January 2016 20:38


Bakı, 6 yanvar, AZƏRTAC 
Marşall adalarında unikal cərrahiyyə əməliyyatı aparılıb: pasiyentə süni burun köçürülüb. Cərrah Tal Daqanın dediyinə görə, funksional implontant adi orqan kimi böyüyəcək və gələcəkdə daha cərrahi müdaxiləyə ehtiyac qalmayacaq. Bu isə çox əhəmiyyətlidir, çünki pasiyent 14 yaşlı oğlandır.
AZƏRTAC “365news.biz”ə istinadla xəbər verir ki, Dallan Cennet beş il əvvəl elektrik xəttinə yıxılması səbəbindən xəsarət alıb. 2015-ci ildə Nyu-York mütəxəssisləri əvvəlcə yeniyetmənin qulağını və gözünü bərpa ediblər. Burun köçürülməsi əməliyyatına bir il hazırlıq tələb olunub. Həkimlər ilk növbədə kosmetik əməliyyat yolu ilə oğlanın sifətini burun köçürülmə əməliyyatına hazırlayıblar. İmplantın əslindən seçilməməsi üçün burnun strukturu barədə informasiya toplanması xeyli vaxt aparıb.
Birinci mərhələdə - 16 saat çəkən əməliyyat zamanı lazerin köməyi ilə dərinin strukturunun analizi aparılıb. Cərrahlar əzələ toxumalarını və qan damarlarını pasiyentin budundan götürüblər. Transplantant yerləşdiriləndən sonra həkimlər əməliyyat zonasında dərini bərpa ediblər.
Yeni texnologiya sifət cərrahiyyəsində əsl sıçrayışdır. Çünki transplantasiyada orqanizm tərəfindən toxumanın qəbul edilməməsi kimi ənənəvi problemi həll edir.

Tags:  ABŞ-da pasiyentə 3D burun köçürülüb


RƏYLƏR


Top news