Əlillik yeni meyarlar əsasında müəyyən olunacaq - VİDEO

Əlillik yeni meyarlar əsasında müəyyən olunacaq - VİDEO
23:37 6 Yanvar 2016
153 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əlillik yeni meyarlar əsasında müəyyən ediləcək. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, birinci qrup əlillik ömürlük veriləcək, ikinci və üçüncü qrupların təkrar müayinəsi isə 5 ildən bir aparılacaq.

Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə əsasən, birinci qrup əlillərin təkrar müayinəsi ləğv edilir. Əgər indiyədək onların əlilliyi təsdiq olunubsa, bu, ömürlük uzadılacaq. İkinci və üçüncü qrup əlillərin təkrar müayinəsi isə əvvəlki kimi ildə bir dəfə deyil, 5 ildən bir aparılacaq.

Yeni müddətlərlə bağlı əlilliyi olan şəxslərin komissiyalara müraciət etmələrinə ehtiyac yoxdur. Əlillik təyinatının uzadılması avtomatlaşdırılmış sistem vasitəsilə elektron qaydada təmin olunacaq. İndiyə qədər əlillik dərəcəsinin verilməsi ilə bağlı müayinə aparan 40-a yaxın Tibbi-Sosial Ekspert Komissiyası da ləğv olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR