Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrandan Səudiyyə Ərabistanına: Səhv yoldan geri dönün

İrandan Səudiyyə Ərabistanına: Səhv yoldan geri dönün

Date: 6 January 2016 23:51

İranla Səudiyyə Ərəbistanı arasında yaranan gərginliyin daha da artdığını görən İran prezidenti Həsən Ruhani qeyd edib ki, Səudiyyə Ərəbistanı etdiyi səhvlərinə görə geri çəkilməlidir.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı İrandakı diplomatik nümayəndəliklərinə edilən hücumların qanuna uyğun olmadığını qeyd edib. İran prezidenti Həsən Ruhani hadisədə təqsirli bilinən təhlükəsizlik işçiləri ilə təcavüzkarların tapılıb haqlarında müəyyən cəzaların verilməsini tələb edib.

Nazirlər Kabinetinin yığıncağında Ruhani bildirib ki, Tehran və Məşhəddəki Səudiyyə Ərəbistanınına məxsus nümayəndəliklərə edilən hücuma görə təcavüzkarlar günahkardır. Mühakimədən təcili olaraq hadisəni ələ alıb araşdırlmasını tələb edirəm. Prezident Daxili İşlər və Kəşfiyyat Nazirliyi də hücumun qarşısını almağı bacarmayan təhlükəsizlik işçiləri haqqında cəzaların veriləcəyini tədbiq ediləcəyini bildirib.

O, diplomatik missiyası olan binaların beynəlxalq hüquqi cəhətdən toxunulmazlıq hüququna sahib olduğunu qeyd edib: "Ölkəmizdəki bu missiyalara edilmiş bir hücum, İran İslam Respublikasının nüfuzuna edilmiş bir hücumdur. Səudiyyə Ərəbistanı rəhbərliyindən səhvlərini kompensasiya etməsini, səhv yoldan geri dönmələrini istəyirəm. Bütün bölgə ölkələri ilə dostluq qurmaq və bölgədə sabitliyin təmin edilməsi İranın əsas istəyidir".

Tags:  İrandan Səudiyyə Ərabistanına Səhv yoldan geri dönün


RƏYLƏR


Top news