Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Deportasiya edilən körpə təyyarədə öldü

Deportasiya edilən körpə təyyarədə öldü

Date: 7 January 2016 04:41

Türkiyədə növbəti dəfə suriyalı körpənin ölümü ilə nəticələnən miqrant faciəsi yaşanıb. ANS PRESS-in məlumatına görə, Fransaya deportasiya edilmək üçün Qaziantepdən təyyarə ilə İstanbula aparılan 5 aylıq körpə havada dünyasını dəyişib.

İki polisin müşayiəti ilə təyyarəyə mindirilən suriyalı qadın və onun 5 aylıq körpəsi yerli vaxtyla saat 09.55-də Qazianterpdən İstanbula yola düşüb. Təyyarəyə mindirilərklən xəstə olan Mahiev adlı oğlan uşağının səhhəti havada pisləşib. Təyyarə yerə enməyə basşlayanda isə körpənin ürəyi dayanıb.

Təyyarə İstanbul “Atatürk” hava limanına endikdən sonra “Dövlət Hava Meydanları İdarəsi”nin (DHMİ) səhiyyə xidməti körpəyə müdacilə etməyə çalışsa da onun dünyasını dəyişdiyi məlum olub.

Suriyada daxili münaqişənin başlaması ilə həm ölkə daxilində, həm də valideynləri ilə daha yaxşı həyat yaşamaq üçün Avropaya üz tutan münlərlə azyaşlı dünyasını dəyişib.

Tags:  Deportasiya edilən körpə təyyarədə öldü


RƏYLƏR


Top news