Dünya Bankı: 2016-cı ildə Azərbaycanda iqtisadi artım 0,8% təşkil edəcək

Dünya Bankı: 2016-cı ildə Azərbaycanda iqtisadi artım 0,8% təşkil edəcək
07:47 7 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Bankı Vaşinqtonda "Qlobal iqtisadi perspektivlər" məruzəsində dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünya iqtisadiyyatının 2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir.
 
Bu, 2015-ci ilin iyun ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,4% və 0,1% azdır.
 
Bankın hesabatına görə 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək.
 
Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda 2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/395824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR