Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Britaniya üçün "zəhərli kokteyl"

Britaniya üçün "zəhərli kokteyl"

Date: 7 January 2016 09:32

Qlobal maliyyə böhranından bəri, 2016-cı il Britaniya iqtisadiyyatı üçün ən ağır il olacaq. Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Britaniyanın maliyyə naziri Corc Ozborn açıqlama verib. Nazir cari ildə Böyük Britaniyanı qlobal iqtisadiyyatdakı durğunluqla əlaəqdar ciddi təhlükələrdən ibarət "kokteyl" gözlədiyini vurğulayıb. Ozbornun son bəyanatı yaz aylarında "sürətli inkişafla" bağlı hesabatı ilə üst-üstə gəlmir. 

İqtisadi analitiklərə görə, nazirin bədbin proqnozlarla bağlı çıxışı Britaniyada İngiltərə bankının uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalları artırır. Maliyyə naziri qlobal iqtisadi təhdidlər fonunda bəzi dairələrin ölkədaxili debatlarda Britaniya iqtisadiyyatı barədə laqeyd şəkildə danışmasını pisləyib, Britaniyanın ölkə xaricindəki risklərə qarşı immunitetinin olduğu kimi cəfəng fikirlərin yayılmasından narahat olduğunu ifadə edib. 

"Yeni il bayramından 7 gün keçib, amma artıq indidən dünyada səhm bazarlarının çökdüyü barədə narahatedici xəbərlər eşidirik, Çindəki uçurumu, Braziliya və Rusiyadakı ciddi maliyyə problemlərini nəzərdə tuturam", - deyə nazir bildirib.

Milli.Az


Tags:  Britaniya zəhərli kokteyl


RƏYLƏR


Top news