Uorlik Ed Roys ilə Dağlıq Qarabağdan danışıb

Uorlik Ed Roys ilə Dağlıq Qarabağdan danışıb
09:47 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə Dağlıq Qarabağla bağlı müzakirələr aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə amerikalı həmsədr özünün twitter səhifəsində yazıb. "Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik", - deyə C. Uorlik qeyd edib.
 
Qeyd edək ki, ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı "Azərbaycan demokratiya aktı-2015" adlı qanun layihəsi əvvəlcə Ed Roysun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR