Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diqqət: Hər an qar uçqunu təhlükəsi var!

Diqqət: Hər an qar uçqunu təhlükəsi var!

Date: 7 January 2016 10:12

Quba-Xınalıq yolu açıldı.

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq, "Azəryolservis" ASC-nin sözügedən əraziyə cəlb edilmiş ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib. Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Lakin hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyatlı olmaq xahiş olunur.

Bununla bağlı "Azəryolservis" KİV-lərə də müraciət edib:

"Televiziyalardan, onlayn və çap mediadan isə xahiş olunur ki, həmin yolun ucqar dağlıq ərazidən keçdiyini və çətin relyefə malik olduğunu nəzərə alsınlar. Quba-Xınalıq yolu və bu kimi digər ucqar dağ yollarının qış fəslində, xüsusilə qar yağarkən bağlanması normal haldır.

Yaxın keçmişdə belə yollar kəskin hava şəraiti, çovğunlar və qar uçqunları zamanı bir neçə günlük deyil, bir neçə aylıq bağlanırdı. Bunu ucqar dağ yolları üzərində yerləşən kəndlərin sakinləri də təsdiqləyə bilərlər. Yəni hər dəfə hər hansı ucqar dağ yolunun kəskin hava şəraiti səbəbindən bağlanması barədə xəbər hazırlanmamışdan öncə bu amil nəzərə alınsa, daha yaxşı olar".

İlkin İzzət
Milli.Az


Tags:  Diqqət Hər an qar uçqunu təhlükəsi var


RƏYLƏR


Top news