Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi dünyanın ən bahalı futbolçusu seçilib

Messi dünyanın ən bahalı futbolçusu seçilib

Date: 7 January 2016 10:48


Bakı, 7 yanvar, AZƏRTAC
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən futbolçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.
AZƏRTAC xəbər verir ki, araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb.
Siyahıda “Barselona”nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb. Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb.

Tags:  Messi dünyanın bahalı futbolçusu seçilib


RƏYLƏR


Top news