Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni xərçəng xəstəsidi?

Məşhur müğənni xərçəng xəstəsidi?

Date: 7 January 2016 12:05

Qərb mediası mərhum ulduz Maykl Ceksonun müğənni bacısı Canet Ceksonun xərçəng ola bilmə ehtimalını yazıb.

Axşam.az-ın məlumatına görə, 49 yaşlı Canet yanvara olan dünya turnesini də təxirə salıb. O, bu haqda sosial şəbəkədə yazıb. Müğənni tezliklə əməliyyat olunmasının vacibliyini vurğulayaraq konsertlərini təxirə saldığını qeyd edib. Cekson fanatlarından onun üçün dua etmələrini istəyib. Sənətçi bu barədə daha danışmayacağını da əlavə edib.

Qeyd edək ki, keçən il C.Ceksonun səsində problem yaranmışdı. Həmin vaxt həkimlər müğənninin boğazında xərçəng ola biləcəyini demişdilər. Şiş təhlükəli olacaqsa, əməliyyat vacib olacaqdı. Çünki Canetin heç olmasa danışmaq üçün səsini qorumaq lazımdır.


Tags:  Canet Cekson xerceng

RƏYLƏR


Top news