Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı jurnalistlərə imtahan sessiyası barədə məlumat verilib. Bildirilib ki, universitetdə 2015-2016-cı tədris ilinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili üçün müvafiq işlər görülüb.
Jurnalistlər auditoriyalarda imtahanların gedişini izləyiblər.