Sevdaya gecəyarı küçədə şok yaşatdılar

Sevdaya gecəyarı küçədə şok yaşatdılar
13:47 7 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva oğruların qurbanı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində danışıb. O, gecə yarısı küçədə çantasının oğurlandığını bildirib:

"Məclisə gedirdim, maşını saxladım. Restorana bir az ayaqla getməli idim. Qəfildən kimlərsə gəldi və çantamı götürüb qaçdılar. Bir neçə saniyəlik şoka düşdüm, heç nə edə bilmədim. Sonradan mənə çatdı ki, sumkamı oğurlayıblar. Şükür ki, övladım və başqa kimsə yanımda yox idi. Əslində mən şübhələnməli idim. Maşınımın arxasınca bir avtomobil gəlirdi. Düşəndə də arxamca kimsə məni izləyirdi. O hadisədən sonra tövbə etdim ki, axşam evdən tək çıxmayacam. Oğurlananlardan çox, ürəyimdə keçirdiyim əsəb, qorxu mənə təsir etdi. İndi-indi özümə gəlməyə başlamışam. Hər günümdən, saniyəmdən qorxuram. Bəlkə, o insanlar evimin yerini də bilirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR