Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təbriz və Məşhəddən Bakıya aviareyslərin açılması mümkündür

Təbriz və Məşhəddən Bakıya aviareyslərin açılması mümkündür

Date: 7 January 2016 14:08


Bakı, 7 yanvar, Elvin Camalov, AZƏRTAC
İran Təbriz-Bakı-Təbriz və Məşhəd-Bakı-Məşhəd aviareyslərinin İranın aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət göndərib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AZƏRTAC-a deyib.
Onun sözlərinə görə İran adı çəkilən aviareyslərin İran aviaşirkətləri tərəfindən həyata keçirilməsi üçün göndərdiyi müraciətə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən müsbət cavab verilib. Lakin İran tərəfindən bu aviareyslərin həyata keçirilməsi ilə bağlı vaxt və digər məsələlər barədə heç bir məlumat daxil olmayıb.
Həmçinin P.Kəsəmənski onu da bildirib ki, sözü gedən məsələ hazırda “Azərbaycan Hava Yolları” QSC-nin gündəliyində deyil.

Tags:  Təbriz Məşhəddən Bakıya aviareyslərin açılması mümkündür


RƏYLƏR


Top news