Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sorosdan maliyyə PROQNOZU

Sorosdan maliyyə PROQNOZU

Date: 7 January 2016 14:42

Dünyanın ən zəngin və məşhur investorlarından biri olan Corc Soros dünya maliyyə bazarlarının böyük bir böhranın başlanğıcında olduğunu bildirib. Report-un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, amerikalı milyarder bu gün, yanvarın 7-də Şri-Lankada iştirak etdiyi beynəlxalq iqtisadi forumda çıxışı zamanı qlobal bazarda yaranan təhlükələrə qarşı investorların ehtiyatlı və təmkinli olmalarını tövsiyə edib. 

C.Soros Çinin yeni bir iqtisadi artım modelinə ehtiyacı olduğunu, amma bu modeli hələ də tapa bilmədiyini bildirib. O, daha sonra Çin milli valyutası - yuanın devalvasiyasının bütün ölkələrə sıçradığını vurğulayıb. Soros, həmçinin faizlərdəki artım mərhələsinə başlamağın inkişaf etməkdə olan ölkələr üçün böyük problemlər yaradacağını qeyd edib.

O, hazırkı vəziyyətin 2008-ci ili xatırlatdığını deyib.

Milli.Az


Tags:  Sorosdan maliyyə PROQNOZU


RƏYLƏR


Top news